ABŞ-da polisə hücum olub: 1 ölü, 3 yaralı

ABŞ-da polisə hücum olub: 1 ölü, 3 yaralı Ölən şəxs 20 il asayiş keşikçisi işləyib
Digər ölkələr
21 Noyabr , 2016 09:56
ABŞ-da polisə hücum olub: 1 ölü, 3 yaralı

Bakı. 21noyabr. REPORT.AZ/ ABŞ-da polisə edilən üç hücum nəticəsində bir asayiş keşikçisi ölüb, iki nəfər yaralanıb.

“Report” “USA Today”a istinadən xəbər verir ki, hadisə Texas, Florida və Missuri ştatlarında baş verib.

Texasın San-Antonio rayonunda 50 yaşlı polis əməkdaşı Bencamin Markoni sürücülük vəsiqəsini yoxlayarkən, avtomobildəki naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində öldürülüb. O, 20 il asayiş keşikçisi işləyib.

Florida ştatının Sanibel adasında cinayətkar avtomobilini saxlayan polisə atəş açıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi