Yuxarı

ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürüb

ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürüb

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.

Bu barədə "Report" yerli "Orlando Sentinel" qəzetinə istinadən xəbər verir.

Orlando şəhər polisinin rəhbəri Con Meynin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.

Atışmadan sonra kişi 1 yaşdan 12 yaşa qədər dörd uşağın olduğu mənzildə gizlənib.

Hadisə yerinə xüsusi təyinatlıları gəlib, onlar atəş açan şəxslə danışıqlar aparmağa çalışırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi