ABŞ-da Perunun sabiq prezidenti saxlanılıb

ABŞ-da Perunun sabiq prezidenti saxlanılıb Perunun sabiq prezidenti Alexandro Toledo Birləşmiş Ştatlarda həbs olunub.
Digər ölkələr
17 İyul , 2019 02:32
ABŞ-da Perunun sabiq prezidenti saxlanılıb

Perunun sabiq prezidenti Alexandro Toledo Birləşmiş Ştatlarda həbs olunub.

“Report” xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin Prokurorluğu məlumat yayıb.

"Prokurorluq beynəlxalq hüquqi əməkdaşlıq üzrə bölməsi vasitəsi ilə xəbər verir ki, Perunun sabiq prezidenti Alexandro Toledo Manrike bu gün səhər ABŞ-da ekstradisiya qərarına əsasən həbs olunub", - deyə idarənin "Twitter" səhifəsi yazıb.

Prokurorluqda olan məlumata görə, Toledo onun ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.

Alexandro Toledo Perunun prezidenti postunu 2001-2006-ci illərdə tutub. Vətənində ona qarşı korrupsiya ittihamı irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi