ABŞ-da pandemiya qurbanlarının sayı 30 mini keçib - YENİLƏNİB

ABŞ-da pandemiya qurbanlarının sayı 30 mini keçib - YENİLƏNİB ABŞ-da son 24 saat ərzində 2 494 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.
Digər ölkələr
16 Aprel , 2020 06:08
ABŞ-da pandemiya qurbanlarının sayı 30 mini keçib - YENİLƏNİB

ABŞ-da son 24 saat ərzində 2 494 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 30 826 nəfərə çatıb.

Ölkə üzrə COVID-19 daşıyıcılarının sayı isə 637 min nəfəri ötüb. 


23:31***15.04.2020

ABŞ-da COVID-19 infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Belə ki, Amerikada koronavirus 27 085 nəfərin həyatına son qoyub.

Koronavirus infeksiyasına təsdiqlənmiş halların sayı 614 482 nəfərdir. ABŞ hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi