ABŞ-da neft zavodunda partlayış olub, 20 nəfər xəsarət alıb

ABŞ-da neft zavodunda partlayış olub, 20 nəfər xəsarət alıb Zavodun bir mil radiusunda yaşayan insanların köçürülməsinə başlanıb
Digər ölkələr
26 Aprel , 2018 22:56
ABŞ-da neft zavodunda partlayış olub, 20 nəfər xəsarət alıb

Bakı. 26 aprel. REPORT.AZ/ Cümə axşamı ABŞ-ın Viskonsin ştatında yerləşən neft emalı zavodunda baş vermiş partlayış nəticəsində təqribən 20 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Süpirior şəhərinin yanğın xidmətinin rəisi Stiv Pancerin sözlərinə görə, ehtimal ki, ya xam neft, ya da bitum olan kiçik bir konteyner partlayıb.

Partlayışdan sonra yanğın baş verib. Heyət üzvləri təxliyyə olunub. Yanğını əvvəlcə nəzarətə götürmək mümkün olub, lakin sonradan o, yenidən alovlanıb.

Telekanalın məlumatına görə, xəstəxanalara 5 nəfər yerləşdirilib, ölən yoxdur.

Şəhər polisi öz "Twitter" səhifəsində bildirib ki, zavodun bir mil radiusunda yaşayan insanların köçürülməsinə başlanıb.

Son xəbərlər

Orphus sistemi