ABŞ-da Müstəqillik Günündə tanklar nümayiş etdiriləcək

ABŞ-da Müstəqillik Günündə tanklar nümayiş etdiriləcək ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri çərçivəsində iyulun 4-də paytaxt Vaşinqtonda tanklar nümayiş olunacaq.
Digər ölkələr
2 İyul , 2019 12:30
ABŞ-da Müstəqillik Günündə tanklar nümayiş etdiriləcək
Reuters

ABŞ-ın Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri çərçivəsində iyulun 4-də paytaxt Vaşinqtonda tanklar nümayiş olunacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Vaşinqtonda 4 iyul bayramını gözəl qeyd edəcəyik. Xüsusi gün olacaq. Şəhərdə bir neçə tank yerləşdiriləcək", - deyə o qeyd edib.

D.Tramp küçələrdə yola ziyan vurmamaq üçün tankların əvvəlcədən müəyyən edilmiş məkanlarda yerləşdiriləcəyini vurğulayıb, amma dəqiq yeri söyləməyib. ABŞ prezidenti həmçinin bayram günündə paytaxt səmasında təyyarələrin, eləcə də dünyanın ən yaxşı qırıcı təyyarələrinin uçacağını sözlərinə əlavə edib.

"The Washington Post" qəzetinin yazdığına görə, hərbi texnikanın istifadəsi hökumətə böyük məbləğə başa gələ bilər. Belə ki, "F-35"in bir saatlıq uçuşu 30 min dollaradır.

Qeyd edək ki, iyulun 4-də ABŞ sakinləri əsas milli bayramını - Müstəqillik Gününü 243-cü dəfə qeyd edəcək. Belə ki, ölkə 1776-cı ildə Britaniya hakimiyyətindən ayrılaraq müstəqilliyini elan edən bəyannamə qəbul edib.

Son xəbərlər

Orphus sistemi