ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb

ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb Təbii fəlakət Şimali Karolinada 26 nəfərin ölümünə səbəb olub
Digər ölkələr
16 Oktyabr , 2016 00:51
ABŞ-da Metyu qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-da "Metyu" qasırğasından ölənlərin sayı 43 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.

Məlumata görə, Şimali Karolina ştatının qubernatoru Pet Makrori bildirib ki, su axınları ilə aparılmış avtomobildə 2 nəfərin meyiti tapılıb. Bu ştatda təbii fəlakətdən ölənlərin sayı 26 nəfərə çatıb.

Qeyd edək ki, "Metyu" qasırğası Atlantik okeanında 2007-ci ildən bu günə qeydə alınan ən güclü qasırğadır. Təbii fəlakət Haitidə 470 nəfərin ölümünə səbəb olub.

Son xəbərlər

Orphus sistemi