Yuxarı

ABŞ-da metroda silahlı insident, ölən və yaralılar var

​ABŞ-da metroda silahlı insident, ölən və yaralılar var

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində baş verən silahlı insident zamanı azı bir nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs cümə günündən şənbə gününə keçən gecə metroda olan insanlara atəş açıb. Silahli insident zamanı 3 nəfər yaralanıb, onlardan biri xəstəxanda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, cinayətkarın tapılıb-tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Silahlı hücumun səbəbi məlum olmasa da, “CNN” hadisənin məişət xarakteri daşıdığını istisna etmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi