ABŞ-da məscid yaxınlığında partlayışın təşkilinə görə 3 şübhəli həbs edilib

ABŞ-da məscid yaxınlığında partlayışın təşkilinə görə 3 şübhəli həbs edilib Bakı. 14 mart. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatında məscid yaxınlığında partlayışın təşkilinə görə 3 şübhəli həbs edilib.
Digər ölkələr
14 Mart , 2018 02:40
ABŞ-da məscid yaxınlığında partlayışın təşkilinə görə 3 şübhəli həbs edilib

Bakı. 14 mart. REPORT.AZ/ ABŞ-ın İllinoys ştatında məscid yaxınlığında partlayışın təşkilinə görə 3 şübhəli həbs edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İllinoysun Mərkəzi Dairəsinin Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar 22-47 yaşlarında olan şəxslərdir. Saxlanılanlar məscid yaxınlığında partlayışı planlaşdırmaqdan əlavə, abortların edildiyi tibb mərkəzində də partlayış törətməyə cəhddə ittiham edilirlər.

Bundan əlavə, saxlanılanlar və daha bir nəfər qanunsuz silah (pulemyot) gəzdirməkdə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi