ABŞ-da məktəbli müəllimə hücum edərək onu bıçaqlayıb

ABŞ-da məktəbli müəllimə hücum edərək onu bıçaqlayıb Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-da məktəbli bıçaqla müəllimə hücum edib.
Digər ölkələr
23 Oktyabr , 2018 06:58
ABŞ-da məktəbli müəllimə hücum edərək onu bıçaqlayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-da məktəbli bıçaqla müəllimə hücum edib.

"Report" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumata görə, hadisə Corciya ştatında, Lilbern şəhərindəki orta məktəbdə dərs zamanı baş verib.

Hücum zamanı müəllim yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Təhsil müəssisəsinin rəhbəri bildirib ki, məktəbli həbs edilib. Onun sözlərinə görə, bütün şagirdlər təhlükəsiz şəraitdədir.

Hadisənin səbəbi və başvermə şəraiti araşdırılır.

Son xəbərlər

Orphus sistemi