ABŞ-da məktəbli avtobusu zibil maşını ilə toqquşub

ABŞ-da məktəbli avtobusu zibil maşını ilə toqquşub Bakı. 7 mart. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın İndiana ştatında məktəb avtobusu zibil maşını ilə toqquşub.
Digər ölkələr
7 Mart , 2019 05:06
ABŞ-da məktəbli avtobusu zibil maşını ilə toqquşub

Bakı. 7 mart. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın İndiana ştatında məktəb avtobusu zibil maşını ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə yerl hakimiyyətə istinadən "10tv.com" məlumat yaıb.

Bildirilir ki, nəticədə avtobusun sürücüsü və bir təlbə ciddi yaralanıb, həmçinin 20 nəfər xəsarət alıb.

Qəza səhər saat 8 radələrində Sintsinnatidən 30 mil qərbdə yerləşən (48 km) Avrora şəhəri yaxınlığında qeydə alınıb. Ştatın polis serjantı Stiven Uils bildirib ki, qəza nəticəsində 19 tələbə və iki sürücü zərər çəkib.

Hadisə baş verən zaman zibil maşının sürücüsü kabinədə olmayıb. Lakin avtomobil qırıntılarının kənara sıçraması nəticəsində, o da xəsarət alıb. Avtobusun sürücüsü isə ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi