ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO

ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərindəki məktəbdə atəş açan gənclə bağlı bəzi təfərrüatlar məlum olub.
Digər ölkələr
15 Noyabr , 2019 06:20
ABŞ-da məktəbdə baş vermiş atışmanın bəzi təfərrüatları məlum olub - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Santa-Klarita şəhərindəki məktəbdə atəş açan gənclə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report" xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti yazıb.

Qeyd edilir ki, o, həmin gün özünün 16 yaşını qeyd edib.

Los-Anceles dairəsinin polis şerifi Aleks Villanueva daha əvvəl bildirib ki, hüquq-mühafizə orqanları bu məktəbdə oxuyan 16 yaşlı gəncdən şübhələnirlər.

Şübhəli şəxs "Saugus High School" məktəbinin ərazisində ətrafdakılara atəş açıb, nəticədə beş nəfəri yaralayıb. O, sonra özünə atəş açıb. Hadisə zamanı 2 nəfər həlak olub.

Cinayəti törədən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin başvermə səbəbi araşdırılır.

 

Son xəbərlər

Orphus sistemi