ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB - 2

ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB - 2 Əvvəllər məktəbdə təhsil almış 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb
Digər ölkələr
15 Fevral , 2018 03:12
ABŞ-da məktəbdə atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB - 2

Bakı. 15 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların Florida ştatında yerləşən məktəblərdən birində baş vermiş atışma nəticəsində ən azı 17 nəfər ölüb, 17 yaralı var.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli şerif məlumat verib.

Atışma çərşənbə günü Mayaminin 60 kilometrliyində yerləşən Parklend şəhərciyindəki (Brovard dairəsi) məktəbdə baş verib. Təhsil müəssisəsində 14-18 yaş aralığında 3 minə yaxın uşaq oxuyur.

Polisin məlumatına görə, əvvəllər bu məktəbdə təhsil almış 19 yaşlı Nikolas Kruz şübhəli şəxs qismində saxlanılıb.


***02:13

Bakı. 15 fevral. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Florida ştatının Parklend şəhərciyində yerləşən məktəbdə baş vermiş silahlı insident nəticəsində azı 7 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən CBS telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, atəş açan şəxs tüfəngdən istifadə edib.

Yerli hökumətin məlumatına görə, hadisə zamanı azı 14 nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb. İlkin məlumata görə, söhbət məktəbin şagirdindən gedir.


***00:54

Bakı. 15 fevral. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Florida ştatında yerləşən məktəblərdən birində silahlı insident baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hadisənin qeydə alındığı Brouard dairəsinin şerif idarəsi öz rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

Hadisə nəticəsində azı 1 nəfər ölüb, 20-si yaralanıb. Əraziyə bir neçə "təcili yardım" maşını cəlb olunub. Hüquq-mühafizə orqanları əməkdaşları məktəb ərazisində əməliyyat aparırlar.

İlkin olaraq hadisəni məktəb şagirdlərindən birinin törətdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi