Bakı. 8 may. REPORT.AZ/ ABŞ-da keçirilən "Powerball" lotereyasında 429 milyon dollar məbləğində cekpot oynanılıb.
"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, hələ ki, qalibin bileti Nyu-Cersidə aldığı məlumdur.
Qeyd olunur ki, bu, tarixdə oynanılan 9-cu cekpotdur.
Cekpotu 292 milyon nəfərdən 1-nin udmaq şansı olub. Statistikaya əsasən, ABŞ vətəndaşlarının ölkə prezidenti olmaq şansları bu lotereyanı udmaq şansından 25 dəfə çoxdur.
"Powerball" lotereyası 44 ştatda, həmçinin Vaşinqtonda, Puerto-Rikoda və Virciniya adalarında oynanılır.