Yuxarı

ABŞ-da KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb

ABŞ-da KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb
Hər iki strategiya nəzərdən keçirilir

Bakı. 18 noyabr. REPORT.AZ/ Ağ Ev Koreya Xalq Demokratik Respublikasının (KXDR) Amerika ərazisinə mümkün raket hücumu əleyhinə iki eksperimental strategiya hazırlayıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" yazıb.

Məlumata görə, birinci strategiya KXDR-in ballistik raketlərinin işə salınması sistemlərinə kiber hücümün təşkilini və  raket sisteminin işə salınmasının qarşısını almağa imkan verəcək başqa üsullarını nəzərdə tutur.

İkinci strategiya bilavasitə raketləri onlar "sürətlənmə mərhələsini" keçdikdə vurub salmağı təklif edir. Qəzet qeyd edir ki, ballistik raketlər işə salındıqdan dərhal sonra daha gözə çarpan və yüngül hədəf olacaqlar. 

Amerika prezidentinin administrasiyası KXDR-in raketlərini vurub salmaq üçün qırıcılardan və pilotsuz təyyarələrdən istifadə etməyi təklif edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi