​ABŞ-da küçədə atışma nəticəsində bir nəfər ölüb

​ABŞ-da küçədə atışma nəticəsində bir nəfər ölüb İnsident zamanı iki nəfər, eləcə də 6 yaşlı uşaq yaralanıb
Digər ölkələr
7 Noyabr , 2015 06:43
​ABŞ-da küçədə atışma nəticəsində bir nəfər ölüb

Bakı. 7 noyabr. REPORT.AZ/ Amerikanın Nyu-Cersi ştatının Pleynfild şəhərində küçədə naməlum şəxs atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident insanların çox olduğu yerdə baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, iki nəfər, eləcə də 6 yaşlı uşaq yaralanıb. Cani insanlara avtomobildən atəş açıb. O hadisə yerindən qaçıb və hazırda polis tərəfindən axtarılır.

Son xəbərlər

Orphus sistemi