ABŞ-da koronavirusa yoluxanların və bu virusa yoluxma səbəbindən dünyasını dəyişənlərin sayı durmadan artır.
“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Belə ki, 53 600 nəfərin virusa yoluxması analiz testləri vasitəsilə təsdiq olunub.
Birləşmiş Ştatlarda adı çəkilən virusa yoluxma səbəbindən ölənlərin sayı 703-ə çatıb.