ABŞ-da bir gündə 1 997 nəfər koronavirusdan öldü - YENİLƏNİB

ABŞ-da bir gündə 1 997 nəfər koronavirusdan öldü - YENİLƏNİB ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 889 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Digər ölkələr
20 Aprel , 2020 07:10
ABŞ-da bir gündə 1 997 nəfər koronavirusdan öldü - YENİLƏNİB
0 : 00
0 : 00

ABŞ-da son 24 saat ərzində 2 minə yaxın insan koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib, 26 889 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

“Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd olunub ki, bir gündə Amerikada 1 997 pandemiyanın qurbanı olub. Bununla da yeni növ koronavirusdan ölənlərin sayı 40,6 mini ötüb.

Koronavirus daşıyıcısı olan şəxslərin sayı 759 minə çatıb, 70 minə yaxın ölkə vətəndaşı müalicə alaraq sağalıb. 


23:28***19.04.2020

ABŞ-da pandemiya qurbanlarının sayı yenidən artıb.

“Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatlarına görə, COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 742 442 nəfərə çatıb. Koronavirus daşıyıcısı olan 40 585 nəfər dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi