Yuxarı

ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini ötüb

​ABŞ-da koronavirusa yoluxanların sayı 300 mini ötüb

660

ABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.

“Report” “TASS” agentliyinə istinadən bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 300 915 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ölkədə 14 459 nəfər COVID-19 infeksiyasından sağalıb.

ABŞ-da koronavirus qurbanlarının sayı isə 8 162 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi