ABŞ-da koronavirusdan ölənlərin sayı 3 minə çatdı - YENİLƏNİB

ABŞ-da koronavirusdan ölənlərin sayı 3 minə çatdı - YENİLƏNİB ABŞ-da koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 160 mini ötüb.
Digər ölkələr
31 Mart , 2020 02:50
ABŞ-da koronavirusdan ölənlərin sayı 3 minə çatdı - YENİLƏNİB

ABŞ-da koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 160 mini ötüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli statistikanın hesablamalarını aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata görə, Birləşmiş Ştatlarda pandemiyadan demək olar, 3 min insan ölüb.

Qeyd edilir ki, ölkədə koronavirusa 160 mindən çox yoluxma təsdiqlənib, 2 953 xəstə ölüb.

ABŞ dünyada COVID-19-a yoluxmaların hallarının sayı üzrə birinci yeri tutur. Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Bu ölkədə koronavirusa 100 mindən çox yoluxma təsdiq olunub. 

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada koronavirus qurbanlarının sayı 33 106 nəfərə, virusa yoluxanların sayı 693 224 min nəfərə çatıb.


***23:36

ABŞ-da koronavirusdan ölənlərin sayı 2,8 min nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli qurumların statistikasının hesablamalarını aparan Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, ölkədə 153 mindən çox virusa yoluxma təsdiq edilib. Birləşmiş Ştatlarda 2 828 nəfər COVID-19-un qurbanı olub.

ABŞ koronavirus xəstəliklərinin sayı üzrə dünyada birinci yerdədir. Siyahıda ikinci yerdə İtaliya qərarlaşıb. Bu ölkədə virusa yoluxma ilə bağlı 100 mindən çox diaqnoz təsdiqlənib.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada koronavirus qurbanlarının sayı 33 106 nəfərə, virusa yoluxanların sayı 693 224 min nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi