ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi ABŞ-da koronavirus qurbanlarının sayı artıb.
Digər ölkələr
28 May , 2020 01:56
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

ABŞ-da koronavirus qurbanlarının sayı artıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 100 mini ötüb. Son məlumatlara görə, COVID-19-dan ölüm hallarının sayı 101 173 təşkil edir.

Bütün pandemiya ərzində ABŞ-da koronavirusa ümumi yoluxma sayı 1,7 milyonu ötüb. Xatırladaq ki, daha əvvəl də ABŞ prezidenti Donald Tramp ölkədə 100 min nəfərin koronavirusdan öləcəyini proqnozlaşdırmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi