​ABŞ-da kollecdə atışma nəticəsində bir tələbə ölüb, ikisi yaralanıb

​ABŞ-da kollecdə atışma nəticəsində bir tələbə ölüb, ikisi yaralanıb Atəş açan şəxsin tapılması üçün polis əməliyyat-axtarış tədbirləri həyata keçirir
Digər ölkələr
4 Sentyabr , 2015 13:37
​ABŞ-da kollecdə atışma nəticəsində bir tələbə ölüb, ikisi yaralanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində kollecin yataqxanasının həyətində naməlum şəxsin açdığı atəş nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "ABC" telekanalı məlumat yayıb.

Xəbərə görə, ölən və yaralananlar kollecin tələbələridir. Yaralılardan biri xəstəxanaya yerləşdirilib. Digərinin yarası yüngül olduğundan polis onu sorğu-sual edir.

Atəş açan şəxsin tapılması üçün polis əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi