ABŞ-da kişi Universitetin avtomobil dayanacağında həyat yoldaşını öldürüb və intihar edib

ABŞ-da kişi Universitetin avtomobil dayanacağında həyat yoldaşını öldürüb və intihar edib Hadisə Yuta ştat universitetinin avtomobil dayanacağında baş verib
Digər ölkələr
30 Dekabr , 2016 10:15
ABŞ-da kişi Universitetin avtomobil dayanacağında həyat yoldaşını öldürüb və intihar edib

Bakı. 30 dekabr. REPORT.AZ/ ABŞ-da kişi universitetin avtomobil dayanacağında həyat yoldaşını öldürüb və ardından intihar edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Hadisə Yuta ştatının universitet tələbə şəhərciyinin avtomobil dayanacağında baş verib.

Polisin məlumatına görə, 25 yaşlı kişi 23 yaşlı həyat yoldaşını güllələdikdən sonra intihar edib.

Hadisə yerinə gələn polis qadının cəsədini və ağır vəziyyətdə olan kişini aşkarlayıb. Amma kişi sonradan xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi