Yuxarı

ABŞ-da immiqrant seçimi üzrə xüsusi mərkəz yaradılıb

ABŞ-da immiqrant seçimi üzrə xüsusi mərkəz yaradılıb
Bu addım ölkə sərhədləri və daxili təhlükəsizliyin qorunması məqsədi ilə atılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Amerika prezidenti Donald Tramp immiqrantların, həmçinin Amerika vətəndaşı olmaq istəyən şəxslərin seçimi üzrə xüsusi milli mərkəz yaradıb.

“Report” xəbər verir ki, bu barədə Donald Trampın memorandumuna istinadən RİA "Novosti" məlumat yayıb.

"Federal hökumət müxtəlif nazirlik və icra hakimiyyəti orqanlarının milli təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi, daxili və ya ictimai təhlükəsizlik üçün hansı şəxslərin təhlükə yaratdığını müəyyən etməkdən ötrü əlaqələndirməni necə apardıqlarını və kəşfiyyat xarakterli, yaxud digər informasiyalardan necə istifadə etdiklərini yaxşılaşdırmalıdır. ABŞ hökuməti bu məqsədə nail olmaq üçün milli təhlükəsizliklə bağlı müəssisələrdə məlumatlardan istifadəyə vahid bir yanaşma hazırlamalıdır", - deyə sənədin mətnində bildirilir.

Layihənin icrası planı altı ay ərzində təqdim olunacaq. Məlumdur ki, mərkəz Daxili Təhlükəsizlik Nazirliyi yanında Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Milli Kəşfiyyat İdarəsi ilə əlaqəli şəkildə yaradılmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi