Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə CNN telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Florida ştatında, Mayami yaxınlığındakı şəhərcikdə baş verib. Belə ki, beynəlxalq təlim aerodromundan səmaya qalxan iki təyyarə havada toqquşub və aerodromdan təxminən 15 kilometr kənarda yerə düşüb. Hadisə yerinə gələn xilasedicilər 3 nəfərin cəsədini aşkar edib. Cəsədlərin heyət üzvlərinə aid olduqları bildirilir.