Yuxarı

ABŞ-da iki təyyarə toqquşub, 3 nəfər ölüb

ABŞ-da iki təyyarə toqquşub, 3 nəfər ölüb
Qəza Texas ştatının Mak-Kinni şəhəri üzərində baş verib

Bakı. 1 yanvar. REPORT.AZ/ ABŞ-da Texas ştatının Mak-Kinni şəhəri üzərində iki yüngülmühərrikli təyyarə toqquşub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.

İnsident özəl hava limanı yaxınlığında baş verib.

Yerli aviasiya idarəsinin məlumatına görə, hər iki təyyarənin pilotu vizual uçuş qaydası tətbiq edib və qəzadan öncə dispetçer ilə əlaqə saxlamayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi