ABŞ-da II Dünya Müharibəsi dövrünə aid təyyarə qəzaya uğrayıb, ölənlər var - FOTO

ABŞ-da II Dünya Müharibəsi dövrünə aid təyyarə qəzaya uğrayıb, ölənlər var - FOTO Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-da II Dünya Müharibəsi dövrünə aid təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
18 Noyabr , 2018 12:13
ABŞ-da II Dünya Müharibəsi dövrünə aid təyyarə qəzaya uğrayıb, ölənlər var - FOTO

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-da II Dünya Müharibəsi dövrünə aid təyyarə qəzaya uğrayıb.

"Report" KXAN telekanalına istinadən xəbər verir ki, hadisə Frederiksberq şəhərində baş verib.

Bildirilir ki, "North American P-51 Mustang" qırıcısı avtomobil dayanacağına düşüb. Təyyarənin göyərtəsində iki nəfər olub. Onların hər ikisi qəza zamanı ölüb.

Hazırda hadisənin təfərrüatları öyrənilir.

Qeyd edək ki, ABŞ-da bir neçə gün bundan əvvəl də yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 4 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi