ABŞ-da helikopter göydələnə təcili eniş edib, ölən və xəsarət alan var - VİDEO - FOTO - YENİLƏNİB

ABŞ-da helikopter göydələnə təcili eniş edib, ölən və xəsarət alan var - VİDEO - FOTO - YENİLƏNİB ABŞ-da helikopter göydələnə təcili eniş etməsi nəticəsində 1 nəfər ölüb.
Digər ölkələr
10 İyun , 2019 22:45
ABŞ-da helikopter göydələnə təcili eniş edib, ölən və xəsarət alan var - VİDEO - FOTO - YENİLƏNİB

ABŞ-da helikopter göydələnə təcili eniş etməsi nəticəsində 1 nəfər ölüb

"Report" xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Həmin şəxsin helikopterin pilotu olduğu bildirilir. Hadisədən sonra ərazidə yanğın baş verib.

Qeyd edək ki, hadisə Nyu-Yorkda qeydə alınıb. Helikopter 54 mərtəbəli ofis binasının damına enib. WNBC-in məlumatına görə, hadisə zamanı 1 nəfər xəsarət alıb. 


***22:23

ABŞ-da helikopter göydələnə təcili eniş edib.

"Report" WNBC-yə istinadən xəbər verir ki, hadisə Nyu-Yorkda qeydə alınıb.

Məlumata görə, helikopter 54 mərtəbəli ofis binasının damına enib. Nyu-Yorkun Yanğınsöndürmə İdarəsinin yaydığı məlumatda qeyd edilir ki, idarənin əməkdaşları "Yeddinci avenyu, 787" ünvanına cəlb ediliblər.

İlkin məlumata görə, hadisə zamanı azı 1 nəfər xəsarət alıb

 

Son xəbərlər

Orphus sistemi