Yuxarı

ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm sayı qeydə alındı

​ABŞ-da gün ərzində koronavirusdan ən yüksək ölüm qeydə alındı

2913

ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm hadisəsi baş verir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1 973 nəfər ölüb. 

Məlumata görə, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 430 376 nəfər yoluxub. Ölkədə 14 739 nəfər pandemiyanın qurbanı olub, xəstəxanalarda müalicə edilən 23 707 nəfər sağalaraq evə buraxılıblar. 

Qeyd edək ki, bundan əvvəlki antirekord aprelin 7-də qeydə alınıb. Həmin gün Birləşmiş Ştatlarda 1,7 mindən çox insan ölüb. Buna qədərki antikrekord isə aprelin 3-də qeydə alınıb. Aprelin 3-də ABŞ-da 1,4 min insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi