Yuxarı

ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işi açılıb

​ABŞ-da Gülnarə Kərimovaya qarşı cinayət işi açılıb

Bakı. 8 mart. REPORT.AZ/ Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimova ABŞ-da çirkli pulların yuyulmasında, həmçinin 865 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Nyu-York Cənub Dairə Məhkəməsi məlumat yayıb.

Ona qarşı cinayət işinin açıldığı bildirilir.

Prokurorluqdan qeyd ediblər ki, bu, xarici korrupsiya tətbiqləri haqqında qanun tarixində ən böyük cinayət işidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi