ABŞ-da güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

ABŞ-da güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb Ən çox ziyan insanların da yaşadığı treyler dayanacağına, quşçuluq fermasına dəyib
Digər ölkələr
17 May , 2017 07:44
ABŞ-da güclü qasırğa nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Associated Press

Bakı. 17 may. REPORT.AZ/ Çərşənbə axşamı ABŞ-ın Viskonsin ştatının Berron dairəsində güclü qasırğa baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli WQOW telekanalı məlumat yayıb.

Dairə şerifi Kris Fitsceralda istinadən verilən məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Ən çox ziyan insanların da yaşadığı treyler dayanacağına, həmçinin quşçuluq fermasına dəyib.

Qasırğa Viskonsinlə yanaşı, Texas, Nebraska, Oklahoma və Kanzas ştatlarında da qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi