Yuxarı

ABŞ-da gecə klubunda yanğın baş verib: 9 ölü, 25 itkin - VİDEO - FOTO

ABŞ-da gecə klubunda yanğın baş verib: 9 ölü, 25 itkin - VİDEO - FOTO
Hadisə yerinə 50-dək yanğınsöndürən cəlb edilib

Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fəaliyyət göstərən gecə klubunda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "East Bay Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə şənlik keçirilən zaman baş verib. Yanğın zamanı 9 nəfər ölüb, azı 25 nəfər itkin düşüb. 

Xəbərdə həmçinin qeyd edilir ki, yanan binada bir neçə nəfər qalıb.     

Yanğın binanın anbarında başlayıb. Hadisə yerinə 50-dək yanğınsöndürən cəlb edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi