ABŞ-da "Florens" qasırğası ilə əlaqədar yüzlərlə təyyarə reysi ləğv edilib

ABŞ-da "Florens" qasırğası ilə əlaqədar yüzlərlə təyyarə reysi ləğv edilib Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-da ikinci kateqoriyalı Florens qasırğası ilə əlaqədar 1700-dən çox təyyarə reysi ləğv edilib.
Digər ölkələr
14 Sentyabr , 2018 02:50
ABŞ-da Florens qasırğası ilə əlaqədar yüzlərlə təyyarə reysi ləğv edilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-da ikinci kateqoriyalı "Florens" qasırğası ilə əlaqədar 1700-dən çox təyyarə reysi ləğv edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "FlightAware" onlayn xidməti məlumat yayıb.

"Florens" qasırğası əvvəlcə beş mümkün dərəcədən dördüncü dərəcəyədək güclənib, sentyabrın 13-də isə ikinci dərəcəyə qədər azalıb.

Sinoptiklər xəbərdarlıq edirlər ki, təhlükə kateqoriyasının azalmasına baxmayaraq, Virciniya, Şimali Karolina, Cənub Karolina və Merilend ştatlarında təbii hadisə tüğyan edəcək. Habelə güclü leysan yağışlar və güclü külək faciəli nəticələrə gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi