ABŞ-da etirazçıların düşərgəsinin dağıdılması zamanı həbs edilənlərin sayı 117 nəfərə çatıb

ABŞ-da etirazçıların düşərgəsinin dağıdılması zamanı həbs edilənlərin sayı 117 nəfərə çatıb Düşərgənin dağıdılması zamanı ciddi xəsarət alan olmayıb
Digər ölkələr
28 Oktyabr , 2016 08:19
ABŞ-da etirazçıların düşərgəsinin dağıdılması zamanı həbs edilənlərin sayı 117 nəfərə çatıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Şimali Dakota ştatında boru kəmərinin inşasına qarşı çıxan fəalların düşərgəsinin hüquq-mühafizə orqanları tərəfindən dağıdılması nəticəsində saxlanılanların sayı 117 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Accosiated Press" məlumat yayıb.

Məlumata görə, düşərgənin dağıdılması zamanı ciddi xəsarət alan olmayıb. Lakin etirazçıların bir neçəsi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib.

Hətta etirazçılardan biri tapançanı çıxararaq asayiş keşikçilərinə üç dəfə atış açıb. Lakin xəsarət alan olmayıb.

Polisin sözlərinə görə, Morton dairəsindəki şəxsi torpaq sahəsində ən azı 250 insan toplaşıb. Etirazçılar avtomobillərin şinlərini yandırıblar, habelə asayiş keşikçilərinə daş və butulkalar atıblar.

Hakimiyyət orqanları etirazçıları dağıtmaq üçün əraziyə 200 polis və hərbi qulluqçu, həmçinin xüsusi texnika cəlb edib. 

Son xəbərlər

Orphus sistemi