ABŞ-da ən iri günəş istilik elektrik stansiyası inşa ediləcək

ABŞ-da ən iri günəş istilik elektrik stansiyası inşa ediləcək Stansiyanın istifadəyə verilməsi 2016-cı ilin oktyabr ayında nəzərdə tutulub
Digər ölkələr
2 Avqust , 2015 02:39
ABŞ-da ən iri günəş istilik elektrik stansiyası inşa ediləcək

Bakı. 2 avqust. REPORT.AZ/ Dünyanın ən böyük onlayn satış şirkətlərindən biri olan "Amazon" ABŞ-da ən iri günəş istilik elektrik stansiyasını (GİES) inşa etmək niyyətindədir. Stansiya 80 meqavat gücünə malik olacaq.

"Report" xəbər verir ki, bu, Virciniya ştatında bu növdə ən iri obyekt və ABŞ-ın şərqində ən iri günəş istilik elektrik stansiyası olacaq. Stansiya ildə 170 000 meqavat/saat enerji istehsal edəcək və 15 mindən çox ev təsərrüfatlarını enerji ilə təmin edəcək.

Günəş istilik elektrik stansiyasının istifadəyə verilməsi 2016-cı ilin oktyabr ayında nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi