ABŞ-da dustaq məhkəmə binasında şerifin köməkçilərini güllələyib - VİDEO

ABŞ-da dustaq məhkəmə binasında şerifin köməkçilərini güllələyib - VİDEO Bakı. 16 iyun. REPORT.AZ/ Cümə günü Birləşmiş Ştatların Kanzas-Siti şəhərində yerləşən məhkəmə binalarından birində dustaq şerifin onu müşayiət edən köməkçilərinə atəş açıb.
Digər ölkələr
16 İyun , 2018 06:09
ABŞ-da dustaq məhkəmə binasında şerifin köməkçilərini güllələyib - VİDEO

Bakı. 16 iyun. REPORT.AZ/ Cümə günü Birləşmiş Ştatların Kanzas-Siti şəhərində yerləşən məhkəmə binalarından birində dustaq şerifin onu müşayiət edən köməkçilərinə atəş açıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, silahlı insident nəticəsində köməkçilərdən biri ölüb, digəri isə yaralanıb.

Məhbus silahı məhkəmə binasına gətirildiyi polis furqonundan düşürdüləndə əldə edib.

Hadisə zamanı cinayətkarın özü də yaralanıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Son xəbərlər

Orphus sistemi