ABŞ Konqresinin Nümayəndələr Palatasının Gəlirlər və Xərclər üzrə komitə sədri Riçard Nil rəsmi şəkildə Birləşmiş Ştatların prezidenti Donald Trampdan altı illik vergi bəyannamələrini tələb edib.
Bu barədə "Report" CNN-ə istinadən məlumat verir.
Telekanalın məlumatına görə, qanunverici orqan təkcə Trampdan deyil, həm də ona bağlı şirkətlərdən 2013-cü ildən 2018-ci ilə qədər vergi hesabatları haqqında məlumatları tələb edib.
Tramp isə öz növbəsində bildirib ki, o audit nəzarəti altında olduğundan Konqresə özünün vergi bəyannamələrini verməyəcək.
Daha əvvəl ABŞ prezidenti bildirib ki, o, 2020-cü ildə seçki kampaniyası zamanı 2 şüardan istifadə etməyi düşünür.