ABŞ-da ermənilərdən ibarət qruplaşmanın cinayətkar əməlləri aşkarlanıb

ABŞ-da ermənilərdən ibarət qruplaşmanın cinayətkar əməlləri aşkarlanıb Bakı. 6 mart. REPORT.AZ/ Nyu-Yorkun erməni millətindən olan vətəndaşı Stella Boyadjan viza dələduzluğu, əcnəbiləri cinayət əməllərinə cəlb etməsini, şəxsi məlumatların oğurluğunu etiraf edib.
Digər ölkələr
6 Mart , 2019 02:41

Bakı. 6 mart. REPORT.AZ/ Nyu-Yorkun erməni millətindən olan vətəndaşı Stella Boyadjan viza dələduzluğu, əcnəbiləri cinayət əməllərinə cəlb etməsini, şəxsi məlumatların oğurluğunu etiraf edib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, üç erməniyə qarşı fırıldaqçı viza sxeminə dair ittihamlar irəli sürülüb. Ermənistan vətəndaşları bu sxemlə - ABŞ-da yaşayan həmvətənlərinin köməyi ilə, xalq ansambllarının üzvləri kimi, qanunsuz olaraq gəliblər.

Nazirliyin mətbuat xidmətinin açıqlamasına əsasən Nyu Yorkdan olan 48 yaşlı Stella Boyadjan, 31 yaşlı Qraçya Atoyan, (Qlendeyl, Kaliforniya) və 42 yaşlı Diana Qriqoryan (Ermənistan Respublikası) viza dələduzluğu və dövlətin aldadılmasında ittiham edilirlər.

Boyadjan və Qriqoryan həmçinin pulların "yuyulması"nda ittiham edilir. Boyadjan eyni zamanda şəxsi məlumatların oğurluğunda təqsirləndirilir. Hər üç şəxs P-3 vizası dələduzluğu sxemi ilə məşğul olub.

Boyadjan fırıldaqçı sxemin həyata keçirilməsi üçün "Big Apple Music Awards Foundation" təşkilatının adından istifadə edib.

Son xəbərlər

Orphus sistemi