Yuxarı

ABŞ-da baş vermiş yol qəzasında 2 hərbçi ölüb, 6-ı yaralanıb

ABŞ-da baş vermiş yol qəzasında 2 hərbçi ölüb, 6-ı yaralanıb
Hadisənin təfərrüatları açıqlanmır

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-da baş vermiş yol qəzasında 2 hərbçi ölüb, 6-ı yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "NBC" ABŞ ordusunun nümayəndələrinə istinadən xəbər verib. 

Qeyd olunur ki, hadisə Cənubi Karolina ştatında qeydə alınıb. "Cənubi Karolinada, Fort Ceksonda baş vermiş avtomobil qəzasında 2 əsgər həlak olub, 6 nəfər xəsarət alıb", - deyə xəbərdə bildirilir.

Digər mətbu orqanlar isə avtomobilin hərbçilərə çrpıldığını xəbər veriblər. Hadisənin təfərrüatları açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi