ABŞ-da baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-da baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 8 nəfər yaralanıb Hadisəni törətmiş cinayətkar qaçmağa müvəffəq olub
Digər ölkələr
9 Oktyabr , 2016 15:17
ABŞ-da baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında silahlı insident baş verib.

"Report"un məlumatına görə, bu barədə "Wood TV8" telekanalı xəbər yayıb.

Məlumata görə, hadisə Qrand-Rapis rayonunun "Clearance Outlet" adlı ticarət mərkəzində baş verib. Belə ki, naməlum şəxs ticarət mərkəzindəki insanlara atəş açıb. 

Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisəni törətmiş cinayətkar qaçmağa müvəffəq olub. 

Əraziyə çoxlu sayda polis cəlb olunub.

Son xəbərlər

Orphus sistemi