Yuxarı

ABŞ-da baş vermiş atışmada 1 polis əməkdaşı öldürülüb, daha 1-i xəsarət alıb

Polisə atəş açmaqda şübhəli bilinən şəxs də yaralanıb

Bakı. 21 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş vermiş atışmada 1 polis əməkdaşı öldürülüb.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə eyniadlı dairənin polis idarəsi məlumat yayıb.

Məlumata görə, hadisə zamanı daha bir asayiş keşikçisi xəsarət alıb.

Polis leytenantı Con Korinin sözlərinə görə, hadisə günün səhər saatlarında, polis əməkdaşları Mar-Vista və Kolim-roud küçələrinin kəsişməsinə çağırılan vaxt baş verib. "İki polis əməkdaşı odlu açılan atəş zamanı yaralanıb və yerli xəstəxanaya çatdırılıb" - deyə o bildirib.

Hüquq-mühafizə orqanlarından daha sonra yaralılardan birinin xəstəxanada dünyasını dəyişdiyini bildirilib. Polis əməkdaşlarına atəş açmaqda şübhəli bilinən şəxs də həmçinin yaralanıb. O, xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi