Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Tauzand-Oks şəhərindəki bara hücum nəticəsində 13 nəfər ölüb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hücum edən şəxs zərərsizləşdirilib.
Ölənlərdən 1 nəfəri polis əməkdaşı, 11 nəfəri isə dinc sakindir.
*** 12:07
ABŞ-ın Kaliforniya ştatında bara silahlı hücum olub.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda insan yaralanıb.
Əraziyə çox sayda polis cəlb edilib.
Hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Multiple shooting victims in #ThousandOaks pic.twitter.com/QH9ucjNvFw— christina heller (@CHellerTVNews) November 8, 2018
Multiple shooting victims in #ThousandOaks pic.twitter.com/QH9ucjNvFw