ABŞ-da avtomobil restoran binasına girib, ölənlər və xəsarət alanlar var

ABŞ-da avtomobil restoran binasına girib, ölənlər və xəsarət alanlar var Bakı. 21 may. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib.
Digər ölkələr
21 May , 2018 01:45
ABŞ-da avtomobil restoran binasına girib, ölənlər və xəsarət alanlar var
Foto: "AP"

Bakı. 21 may. REPORT.AZ/ ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "WSPA" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub.

Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır.

Son xəbərlər

Orphus sistemi