Yuxarı

ABŞ-da attraksionda qəza zamanı 1 nəfər ölüb, 7-si yaralanıb

Beş nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında yarmarka zamanı attraksionda baş verən qəza nəticəsində 1 nəfər ölüb, daha 7-si xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə NBC4İ telekanalı məlumat yayıb.

Yaralılardan 5-nin vəziyyəti kritik kimi qiymətləndirilir.

Tədbir təşkilatçıları "Twitter" sosial şəbəkəsində bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi