ABŞ-da atışmanın baş verdiyi gecə klubu bağlanılıb

ABŞ-da atışmanın baş verdiyi gecə klubu bağlanılıb "Biz bu yeri bağlamaq istəyirik. Bu dəqiqdir" – deyə şəhər meri bildirib
Digər ölkələr
2 İyul , 2017 01:57
ABŞ-da atışmanın baş verdiyi gecə klubu bağlanılıb
Wect.com

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərində atışmanın baş verdiyi gecə klubu bağlanılıb

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər meri Mark Stodol məlumat yayıb.

"Biz bu yeri bağlamaq istəyirik. Bu dəqiqdir" – deyə mer "NBC News" telekanalının transilyasiya etdiyi mətbuat konfransında bildirib. Merin sözlərinə görə, klub artıq lisenziyadan məhrum edilib.

Qeyd edək ki, "Power Lounge" klubunda atışma şənbə gecəsi baş verib. Polis bunun terror aktı olmadığını hesab edir.

Son məlumata görə, hadisə zamanı 28 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi