Birləşmiş Ştatların Sietl şəhərində silahlı insident baş verib.
"Report"un xəbərinə görə, bu barədə şəhər polisi məlumat yayıb. Qeyd olunub ki, hadisə 120/Sendpoint rayonunda qeydə alınıb. Belə ki, şəxsiyyəti hələlik məlum olmayan cinayətkar bir neçə nəqliyyat vasitəsinə atəş açıb. Nəticədə bir sürücü güllə yarası alıb.
Bundan sonra cinayətkar digər sürücünü qətlə yetirərək onun avtomobili ilə hadisə yerindən uzaqlaşmaq istəyib və qəza törədib. Qəza nəticəsində daha bir nəfər həyatını itirib.
Sonda hüquq mühafizə orqanın əməkdaşları cinayətkarı saxlaya bilib. Hazırda yaralı olan şəxs polis nəzarətində xəstəxanaya yerləşdirilib.