Yuxarı

ABŞ-da atışma zamanı bir neçə polis əməkdaşı xəsarət alıb - YENİLƏNİB

Polis yaxınlığda yaşayan insanlara hadisə yerinə yaxınlaşmamaq tövsiyyə edilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Kolorado ştatında atışma zamanı polislərə atəş açan şəxs məhv edilib. 

“Report” RİA "Novosti"-yə istinadən məlumat verir ki, bu barədə Duqlas dairəsin şerifi məlumat verib. 

Qeyd edək ki, atışma zamanı bir neçə polis daxil olmaqla yeddi insan xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Sonradan yaralı polis əməkdaşlardan biri dünyasını dəyişib.



***20:24

ABŞ-ın Kolorado ştatının Duqlas dairəsində baş vermiş atışma zamanı bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə dairə şerifin ofisi məlumat yayıb.

“Saat 5:13-də (Bakı vaxtı ilə saat 16:13-Rep.) məişət zorakılığı halı ilə bağlı daxil olan zənqdən sonra polis əməkdaşları çoxmərtəbəli yaşayış evə yollanıb. İstintaq işləri zamanı atışma baş verib, bir neçə polis əməkdaşı yaralanıb.”

Polis əməkdaşları və mülki şəxslər arasında yaralı olub-olmadığı barədə məlumat verilməyib.

Polis yaxınlığda yaşayan insanlara hadisə yerinə yaxınlaşmamaq tövsiyyə edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi