Yuxarı

ABŞ-da atışma olub, xəsarət alanlar var

ABŞ-da atışma zamanı 7 nəfər xəsarət alıb

ABŞ-da atışma olub.

"Report" WTHR telekanalına istinadən xəbər verir ki, hadisə İndiana ştatının Mansi şəhərində, "Ball State University" universiteti yaxınlığında, şənlik mərasimi zamanı baş verib.

Hadisə zamanı 7 nəfər xəsarət alıb. Ştat polisinin rəsmi nümayəndəsi Co Uinkl bildirib ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. Onun sözlərinə görə, mərasimdə universitet tələbələri də iştirak edib. Onlardan 4-ü odlu silahdan açılan atəşlə yaralanıb.

Hadisə ilə bağlı təhqiqat aparılır.

Daha əvvəl ABŞ-da baş vermiş atışmada 5 nəfər xəsarət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi