Yuxarı

ABŞ-da atışma zamanı 12 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb - VİDEO - FOTO - YENİLƏNİB-2

ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var

255

ABŞ-da silahlı insident zamanı bir neçə nəfər xəsarət alıb

ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərində baş vermiş atışma zamanı ölənlərin sayı 12 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib. 

"Biz əvvəlcə 11 nəfərin öldüyünü xəbər verdik. Daha 1 nəfər xəstəxanaya aparılarkən yolda öldü", - deyə Server bildirib. O, qeyd edib ki, yaralılardan 4-ü hazırda xəstəxananın cərrahi əməliyyat stolundadır. 

Polisin son məlumatına görə, bələdiyyə binasında atəşi yerli özünü idarəetmə orqanının yüksək təcrübəli işçisi açıb. Hadisəni törədən öldürülüb. 


***02:52

ABŞ-ın kurort şəhəri Virciniya-Biç şəhərindəki bələdiyyə binasında baş vermiş atışma zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi Cim Server bildirib.

O, qeyd edib ki, hadisə zamanı azı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Polis rəisi yaralıların vəziyyəti və hücumçunun adı barədə heç nə deməyib.

Cim Serverin sözlərinə görə, cinayətkar binaya daxil olub və dərhal atəş açmağa başlayıb. Polis hadisə yerinə gəldikdə atışma başlayıb. "Şübhəli şəxs öldürülüb", - deyə polis bildirib. 


***01:48

ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Virciniya ştatının Virciniya-Biç şəhərində, bələdiyyə mərkəzi yaxınlığında baş verib. Silahlı insident zamanı bir neçə nəfər xəsarət alıb.

Qeyd edilir ki, hadisəni törədən şəxs yaxalanıb. 

İnsidentin təfərrüatı açıqlanmır. Digər mətbu orqanlar isə hadisə zamanı 1 nəfərin öldürüldüyünü, 6 nəfərin yaralandığını xəbər veriblər. Şəhər polisi özünün "Twitter" səhifəsində sakinlərə həmin əraziyə getməməyi tövsiyə edib. Məlumata görə, hadisəni 1 nəfər törədib. 

Daha əvvəl ABŞ-da baş vermiş atışma zamanı 7 nəfər xəsarət alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi