ABŞ-da atışma olub, ölən və yaralanan var

ABŞ-da atışma olub, ölən və yaralanan var ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində etirazlar zamanı atışma olub.
Digər ölkələr
28 İyun , 2020 16:58
ABŞ-da atışma olub, ölən və yaralanan var

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində etirazlar zamanı atışma olub.

"Report" xəbər verir ki, bu barədə şəhər polisi özünün “Facebook”dakı səhifəsində bildirib.

Qeyd edilir ki, Ceferson meydanındakı parkda baş verən hadisə zamanı 1 nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Yaralı universitet xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır. 

Qeyd edək ki, bu, ABŞ-da baş verən ikinci silahlı insidentdir. Daha əvvəl də Kaliforniya ştatının Red-Blaff şəhərində atışma baş verib. “Walmart” ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi